Psixoloqların tanıdığı 7 cür məhəbbət

Məhəbbət nədir? Elm insanları və filosoflar uzun illər boyu bu sualın cavabını arayıblar. Amerikalı psixoloq Robert Sternberg 1980-ci illərdə duyğusal yatma, ehtiras və sədaqəti ehtiva edən 3 komponentli bir məhəbbət üçbucağı müəyənləşdirib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Sternberg müəyyənləşdirdiyi bu üsulu minlərlə yazılmış mahnılardan və kitablardan ilham olaraq yaradıb və daha sonra öz nəzəriyyəsi istiqamətində 7 növ sevgidən bəhs edin. Biz də sizin üçün müəyyən olunan 7 növ məhəbbəti açıqlayırıq. Verdiyimiz növlər arasında əgər yeddinci məhəbbət növünə çatmadınızsa, sizin və sevgilinizin-həyat yoldaşınızın daha çox vaxta ehtiyacı olduğunu xatırladaq.

 

Dəlicəsinə aşiq olmaq

 

Bu cür məhəbbət, cütlüklərin bir-birlərini heç tanımadan, ancaq qarşılıqlı olaraq bir-birlərinə dəlicəsinə aşiq olduqları məqamdır. Belə bir münasibət yaşayan iki nəfər, adətən ümumi şeyləri olub-olmadıqlarına dair ən kiçik bir fikrə sahib deyillər, amma yenə də birlikdə yaşamağa davam edirlər.

 

Bəyənmək

 

Bu eşq növündə, insanlar bir-biriləri ilə həyata baxış tərzlərini və hisslərini bölüşərək birgə səmimiyyət qururlar. Ancaq burada əhəmiyyətli olan məqam isə qarşılıqlı olaraq, sadəcə xoşa gəlmək və bəyənmək hissi yaşayırlar. Psixoloqlar belə bir səmimiyyətin ehtiras və asılılıq olmadan sevgidən daha çox, yoldaşlığa yol açacağına inanırlar.

 

Ehtirassız məhəbbət

 

Bu növdə bir eşq yaşayan cütlüklər aralarında səmimiyyət və ehtiras olmadan, sadəcə bir bağlılığa malikdirlər. Bu cür münasibət, baş verən böyük bir sevgidən sonra ortaya çıxa bilər. Ehtirassız  boş bir sevgiyə cəhd edən insanlar zamanla dəyişə və insana ehtiras hissini da qata bilər.

 

Axmaq məhəbbət

 

Bu eşq növündə bir çox cütlükər bir-birinə bağlılıq və ehtiras içindədir. Ənənələrə görə, ailə qurmağı sevirlər və ev içərisində birgə bölgülər də verməyə hazırdırlar. Psixoloqlar bu növ cütlüklərin uzun müddət birlikdə yaşaya biləcəyini düşünürlər, amma xoşbəxtliklərinin nisbi olduğunu söyləyirlər.

 

Romantik məhəbbət

 

Bu cür sevgi yaşayanların münasibətlərində, ehtiras və səmimiyyət yer alır. Cütlüklər bir-birindən əsla çəkinmirlər və hər zaman özlərini rahat hiss edirlər. Ancaq bir-birilərinə qarşı ciddi əmrlər də verməyə hazır deyillər və evlilik səviyyəsinə çata bilmirlər.

 

Tamamlayıcı məhəbbət

 

Tamamlayıcı sevgi, bağlılıq və səmimiyyətdən ibarət olan bir sevgi növüdür. Cütlər arasındakı real əlaqə, dostluqdan çox daha güclüdür. Lakin bu cür məhəbbət dolaşıqlığa yol aça bilər, çünki ortaya ehtirassız bir münasibət marağı çıxar. Psixoloqlar bu əlaqə növünü, uzun illərdən bəri tanış olan və ya evli olan cütlüklərin sonradan yaşadığı bir vəziyyət kimi qiymətləndirir.

 

Mükəmməl məhəbbət

 

Bu məhəbbət yuxarıda bəhs etdiyimiz qaydaya əsasən 3 komponentdən ibarətdir: Ehtiras, duyğusal yaxınlıq və bağlılıq. Təbii ki, cütlüklər bu komponentləri bərabər olaraq hiss etməyə bilərlər, ancaq burada əhəmiyyətli olan, 3 komponentin də bu janrda yer almasıdır. Bu cür münasibətlər hazırda nadir olaraq görülür, ancaq cütlüklər bunu inşa etməyə nail olarsa, aralarında mükəmməl və həqiqi sevgi yaranacaqdır. Psixoloqlara görə, belə cütlüklər uzun müddət birlikdə yaşaya bilir və ailələrini qoruya bilirlər.

 

Bu müddəalar, bu an içində olduğunuz əlaqəni izah etməyinizə və münasibətinizə davam edib-etməyəcəyinizə yardımçı olacaqdır. Əgər tərəfdaşınızla başa düşülməmək kimi hallar yaşayırsınızsa, bu məhəbbət növlərini münasibətinizə əks etdirərək aranızı düzəldə bilərsizin. Bizdən deməkdir…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir