Azərbaycanda əhali üçün rasional fizioloji normalar hazırlanıb

Azərbaycan əhalisi üçün rasional fizioloji normalar layihəsi hazırlanıb.

 

Medpress.az xəbər verir ki, Səhiyyə Nazirliyində yaradılan işçi qrupunun hazırladığı sənəd razılaşdırılmaq üçün aidiyyətli qurumlara göndərilib.

 

Hazırda dövlət qurumlarından daxil olan təkliflər əsasında layihədə müvafiq dəyişikliklər aparılır.

 

Qeyd edək ki, bu, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”ndə öz əksini tapıb.

 

Bundan başqa, Səhiyyə Nazirliyi “Sağlamlıq turizmi üçün tələbatın yenidən formalaşdırılması”, “Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” məqsədi ilə də təkliflər hazırlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir