Yaxın adamını itirənlər daha çox ölürlər – ARAŞDIRMA

Amerikalı alimlər vaxtsız ölümün səbəbini müəyyənləşdiriblər.  Qaçılmaz amil yaxın adamın gözlənilmədən itirilməsi olub.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, Amerikanın Rays Universitetinin mütəxəssisləri vaxtsız ölümün səbəbini açıqlayıblar. Bu sindrom hər il bütün dünyada çox sayda insanı həyatdan məhrum edir. Belə böhranlı vəziyyətdə insanın xilası üçün dəqiq üsullar isə mövcud deyil.

 

Alimlərin məlumatına əsasən, əsas səbəb həyat yoldaşının itirilməsidir. Statistikada  ən çox məhz dul kişilər və dul qadınlar vaxtsız ölümün daha çox faizini təşkil edir.

 

Depressiya və melanxoliya, psixoloji durumun sarsılması bütün orqanizm üzrə dəyişikliklərə gətirib çıxarır. Nəticədə müxtəlif  viruslara müqavimət azalır, orqanizm müxtəlif  növ xəstəliklərə tam mənası ilə “hücum edir”.

Məlumata görə, bu cür ölümlərin səbəbləri öyrəniləndə yaxınları orta hesabla araşdırmaya qədərki 3 ay müddətində ölən 99 insan müayinə edilib.

 

Bütün nəticələr fiziki və psixoloji vəziyyət üzrə təbəqələşdirilib. Ağır vəziyyətdə olanların qan analizi çoxlu sayda iltibah proseslərinin olduğunu göstərib. Həyat yoldaşının və ya yaxın adamının itirilməsini daha az faciəli yaşayanların analizlərində bu faiz aşağı olub.

 

Xəstəliklərin statistikası həkimlərin məhz dul kişilərdə və dul qadınlarda ürək-damar sistemi ilə bağlı xəstəlik faizinin yüksək olması ilə bağlı nəticələrini təsdiqləyir. Araşdırmanın nəticələri doğmalarının və yaxınlarının ölümündən sonra depressiyaya düşən insanlara yardım üsullarının işlənilməsi üçün əsas olacaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir