Yuxu pozğunluqları, uzun müddətli stress və ya qrip kimi xəstəlikləri də daxil olmaqla halsızlığın bir çox fərqli səbəbi ola bilər. Gün boyu yediyimiz qidalar bədənimiz tərəfindən işlənərək gündəlik fəaliyyətlərin yerinə yetirilməsi üçün lazım olan enerjiyə çevrilir.
Medpress.az xarici mediaya istinadla xəbər verrir ki, qeyri-kafi qidalanma isə bu enerjinin tam olaraq təmin olunmamasına və halsızlığa yol aça bilər. Doğru qidaları istifadə edərək enerjinizi artıra və halsızlıqdan xilas ola bilərsiniz.
Protein: Zülal əzələlər üçün lazım olan enerjinin əsas mənbəyidir. Yüksək zülal ehtiva edən və “tirozin” baxımından zəngin qidalar norepinefrin və dopamin istehsalını artıraraq motivasiya və oyaqlığı təmin edir. Ancaq mal əti və yumurta kimi protein mənbələrinin tez-tez istehlakı pis xolesterin səviyyələrini yüksəldə, faydadan çox zərər verə bilər. Bunun yerinə zülal mənbəyi kimi dərisiz toyuq əti, lobya kimi alternativ qidalardan istifadə etmək olar.
Qatıq: Həzmi asan olan qatıq yaxşı bir zülal qaynağı olması ilə yanaşı, həzmi asanlaşdıran “yaxşı” bakteriyaları olan probiyotik baxımından da zəngindir. İmmunitet sistemini gücləndirərkən xroniki yorğunluğa yaxşı təsir edə bilər. Mürəkkəb karbohidratlar: Mürəkkəb karbohidratlar orqanizmin əsas enerji mənbəyidir. Kifayət miqdarda enerji üçün nişastalı qidalar, tərəvəz və meyvə, kəpəkli çörəklər yeyə bilərsiniz. Həmçinin yuxu vərdişlərini tənzimləyən və ruh halını inkişaf etdirən serotonin baxımından zəngin olan mürəkkəb karbohidrat tərkibli qidalar qanda şəkərin səviyyəsinin qorunmasına da yardımçı olur.
Su: Su texniki olaraq “yeməklər” kateqoriyasında yer almasa da, enerji və xroniki yorğunluqla müharibədə ən böyük köməkçinizdir. Yorğunluq bədənin susuz qalmasının əsas göstəricisidir. Gün boyu heç bir fiziki fəaliyyətdə olmasanız belə, tərləmə yolu ilə su itirərsiniz. Bu suyu bərpa etmək üçün 8 stəkan su içməyə diqqət göstərin. Sadə suyun xaricində kofeindən ibarət bitki çayları, meyvə suları və elektrolit möhkəmlətməsini təmin edən idmançıla verilən içkilərdən (fiziki hərəkətlər zamanı) faydalana bilərsiniz.
Dəmir: Dəmir çatışmazlığının əlamətləri arasında xroniki yorğunluq da var. Bəzən dəmir çatışmazlığı yetərsiz qidalanma nəticəsində müvəqqəti olaraq da yaşana bilər. Dəmir çatışmazlığında qandakı oksigen azalaraq orqanlara oksigen axını iflasa uğrayar və bunun nəticəsində halsızlıq yaranır. Dəmir baxımından zəngin ət, balıq və yaşıl yarpaqlı tərəvəzlər yeyərək bunu əngəlləyə bilərsiniz. Hər səhər mütləq nahar edin və yemək siyahınızda kompleks karbohidratlar olan yulaf əzməsi kimi qidalardan istifadə edin. İçki olaraq bir stəkan təzə sıxılmış portağal suyu içə bilərsiniz. B və C vitaminlərinin bu qarışığı sizə gün boyu ehtiyac duyacağınız enerjinin böyük bir hissəsini təmin edəcəkdir.
Səhər yeməklərində mütləq zülal ehtiva edən bir qidadan istifadə edin. Bu saatlarda alınacaq zülal günün qalanında daha gümrah olmağınızı təmin edəcəkdir. Toyuq əti, balıq, lobya kimi zülal qaynaqlarından istifadə edə bilərsiniz.
Qəhvə içmək müvəqqəti bir enerji verər, ancaq kofein təsirini itirdikdən sonrakı halsızlıq daha şiddətli olacaqdır, kofeindən istifadəni nəzarət altında saxlayın.