Prezident gələn il üçün ehtiyac meyarı və yaşayış minimumunu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında Qanunu imzalayıb. Medpress.az  bildirir ki, qanunda qeyd edilir:

 

Maddə 1. Ehtiyac meyarının həddi

 

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilsin.

 

Maddə 2. Qanunun qüvvəyə minməsi

 

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

 

***

 

Prezident İlham Əliyev 2019-cu il üçün yaşayış minimumu haqqında Qanunu da imzalayıb.

 

Qanunda bildirilir:

 

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

 

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.

 

Maddə 2. Qanunun qüvvəyə minməsi

 

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir