İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.
Medpress.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində bu sinif üzrə sığorta daxilolmaları 33 milyon 39 min manat təşkil edib. Bu, yanvar-oktyabr aylarındakı göstəricidən 2 milyon 795,3 min manat (9,24 faiz), ötən ilin eyni dövründəki göstəricidən isə 2 milyon 48 min manat ( 6,6 faiz) çoxdur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 2 milyon 812,6 min manat olub. Bu, yanvar-oktyabr ayları ilə müqayisədə 215,4 min manat (8,29 faiz) çoxdur, bir il əvvəlki göstəricidən isə 123,7 min manat (4,21 faiz) azdır.
Ümumilikdə, yanvar-noyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,51 faizini təşkil edib.