Arvadı öldü, kişi bir il meyitlə yaşadı

Yaponiyanın Fukuoka prefekturasında 74 yaşlı pensiyaçı 2017-ci ilin oktyabr ayında ölən arvadını bir ildən çox basdırmayıb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, arvadı öləndən sonra 74 yaşlı Okuda Yosixisa onun qalıqlarının yanında yaşamağa davam edib. Çürümə iyindən boğulmamaq üçün o, meyiti hava təmizləyici ilə bürüyüb.

 

Qoca yaponiyalının evini sökmək qərarına gələndə, o, arvadının meyitini orada qoyaraq gedib. Meyiti evin sahəsinə baxan işçilər aşkar ediblər. Onlar tapıntı ilə bağlı polisə məlumat veriblər. Bundan sonra Yosixisa həbs edilib.

 

Müəyyən olunub ki, qadının sağlığında şəxsiyyətini təsdiq edən sənədləri olmayıb. O, rəsmi nikaha da daxil olmayıb və Yosixisanın pensiyası hesabına yaşayıb.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir