Bakıdakı “Milano Hospital” xəstəxanasının sosial şəbəkə hesabları oğurlanıb.
Medpress.az “report”a istinadla xəbər verir ki, xəstəxananın meneceri Toğrul İsmayılov Nərimanov rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən “Milano Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətin sosial şəbəkələrdə yerləşən səhifələrini naməlum şəxsin ələ keçirdiyini söyləyib.
Toğrul İsmayılovun sözlərinə görə, həmin şəxs hesabların geri qaytarılması üçün 1500 manat tələb edir, əks təqdirdə, hospital barədə yalan məlumat yayacağını bildirib.
Faktla bağlı araşdırma aparılır.