Arvadını doğulacaq körpəsinə qurban verdi…

Frederik və Keyvonn Konni ailədə yeni körpə doğulacağını  öyrənəndə öz xoşbəxtliklərinə inana bilməyiblər.  Lakin onların həyatında ən vacib olacaq gün faciə ilə nəticələnib. Keyvon evdə olanda güclü qanaxması başlayıb. Onu qeysəriyyə əməliyyatı etmək üçün təcili xəstəxanaya aparıblar.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, həkimlər qadını müayinə edəndə Frederiki həyatında ən ağır seçim qarşısında qoyublar – birincisi, Keyvonnu cərrahiyyə əməliyyatı etmək: bu halda uşaq ölə bilərdi. Yaxud uşağın həyatını xilas etmək: onda həyat yoldaşı sağ qalmayacaqdı.

 

Frederik seçimi doğulacaq qızının xeyrinə edib. Nəticədə ana ölüb.

 

 “Onun ürəyi tab gətirmədi və əməliyyat etməyə hazırlıq gedəndə öldü. Mən şadam ki, bu qərarı vermişəm, ona görə ki, mən Keyvonnu seçsəydim, onda məni qalan bütün ömründə görməyə bilərdi”, – Frederik Konni söyləyib.

 

Anjelik hazırda həkimlərin nəzarəti altındadır. Həkimlər istəyirlər ki, evə göndərilənə kimi bir qədər çəki yığsın.

 

Frederik həyat yoldaşının həyatını xilas etmək üçün mübarizədə borc bataqlığına düşüb. Onun dostları maliyyə problemlərinin öhdəsindən gəlməsi üçün xeyriyyə yığımı təşkil ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir