Kompensasiya almaq üçün arvadını hovuzda batırdı

Çinli kişi sığorta şirkətindən kompensasiya almaq üçün Tailandda məzuniyyətdə olanda öz arvadını hovuzda batırıb.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, Tyantszin şəhərindən olan Çjan İfan planını həyata keçirmək üçün bir neçə ay hazırlaşıb. O, arvadını bir neçə sığorta polisinə apararaq imzasını saxtalaşdırmaqla müqavilə bağlayıb. Çjyan sonra arvadı və qızları ilə Pxuket kurort adasına yollanıb.

 

Məzuniyyət başladıqdan bir neçə gün sonra o, arvadının qohumlarına zəng edərək qadının hovuzda batdığını açıqlayıb. Qadının atasında xoşagəlməz şübhələr yaranıb: çünki onun qızı həmişə yaxşı üzməyi bacarıb. Valideynlər Çjanı hiyləgərliklə bağlı məhkəməyə veriblər, cinayətkarın Çinə ekstradasiyasını tələb ediblər. Onlar qızlarının ərinin edam ediləcəyinə ümid edirlər.

 

Çjan sığorta ödənişi kimi cəmisi 30 milyon yuandan çox ala bilərdi.

 

O, ifadəsi zamanı günahını boynuna alıb. Çjanın açıqlamasına görə, arvadını döyüb, sonra başını suyun altına tutub ki, üzə çıxa bilməsin. Çinli bu hərəkətinin səbəbini onunla daha yaşamaq istəməməsi ilə izah edib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir