Şahzadənin arvadı hipnozla doğacaq

Şahzadə Harrinin xanımı Meqan Markl doğuş zamanı ağrılarını yüngülləşdirmək üçün hipnozun köməyinə əl atmağı planlaşdırır.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, Meqanın anası Doriya Raqland Böyük Britaniyaya gəlib qızına kömək etməyə hazırlaşır.

 

Etibarlı mənbənin məlumatına görə, məhz Doriya 37 yaşlı qızını təbii yolla uşaq doğmağa inandıra bilib.

 

Bundan əvvəlki məlumatda bildirilirdi ki, şahzadə Harri və Meqan artıq öz körpələri üçün ulduz dayə tapıblar və tezliklə Kensinqton sarayına getməyə hazırlaşırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir