Azərbaycanda quş qripi ilə bağlı yeni xəbər

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində köçəri quşların miqrasiya marşrutlarının yerləşməsini və havaların dəyişkənliyini nəzərə alaraq ev quşları arasında, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında immunoloji fonun müəyyən olunması məqsədi ilə epizootoloji monitorinqlər keçirib.

 

Medpress.az-a agentlikdən verilən məlumata görə, monitorinqlər noyabr ayının 27-30-da Bakı şəhəri, Abşeron, Xaçmaz, Neftçala, Salyan və Ağcabədi rayonlarında aparılıb.

 

Monitorinqlərdə AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasının, Bərdə, Salyan, Sabirabad və Quba regional sınaq laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyanın əməkdaşları iştirak ediblər.

 

Toplanan diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində monitorinq aparılan ərazilərdə quş qripi xəstəliyinə rast gəlinmədiyi məlum olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir