Bakıda universitetdə qanvermə aksiyası keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində qanvermə aksiyası keçirilib.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Pedaqoji Universitetinin təşkil etdiyi aksiya Dünya QİÇS-lə Mübarizə və Beynəlxalq Könüllülər Gününə həsr olunub.

 

Aksiyada universitetin müəllim və tələbələri müayinə olunandan sonra qan veriblər. Toplanan qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir