Sarıkök təkcə yeməklərə dad verən ədviyyat deyil, həm də bir çox sağlamlıq probleminə yaxşı təsir edən şəfalı bitkidir. Antienflamatuvar və detoks xüsusiyyəti olan sarıkök suyu artrit kimi bir çox problemləri həll etməkdə ecazkar içəcəkdir. Saysız-hesabsız faydası olan sarıkökü zəncəfil və alpinia (zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi) ilə birlikdə çay kimi istifadə etsəniz, qışın xəstəliklərinə bir qalxan təsiri olar.
Medpress.az sarıkökün faydalarını təqdim edir:
Artrit ilə döyüşür
Artrit xəstələri, müntəzəm olaraq sarıkök suyu sərf edəndə çox yaxşı nəticələr ala bilərlər. Sarıkök suyu orqanizmdə həzm edildikdən sonra antioksidant və antienflamatuvar xüsusiyyətləri ortaya çıxır. Bu da oynaq ağrıları və tutulmalarını azaltmağa köməkçi olar.
Xərçəng riskini azaldır
Sarıkökdə olan antioksidantlar, sərbəst radikalların və xərçəngdən qaynaqlanan anormal hüceyrələrin yox edilməsində müsbət təsirə malikdir. Ümumiyyətlə, bu molekullar, orqanizmdə toksinlərin mənfi təsirlərinə mane olur və xərçəng hüceyrələrinin sürətli bir şəkildə çoxalmasını dayandırır.
Həzm qüsurları ilə mübarizə aparır
Təbii sarıkök suyu mədənin pozulması əlamətlərini azaldır və mədədə çox turşu miqdarını azaldaraq xora və reflüks xəstəliyinin qarşısını alır. Əlavə olaraq, metabolizmi sürətləndirir, nizamlı tualetə çıxmağı təmin edir və yeməklərin düzgün bir şəkildə həzm edilməsinə yardımçı olur.
Ürək və damar sağlamlığını dəstəkləyir
Mütəmadi olaraq sarıkök suyu istifadə etmək, pis xolesterin və triqliserid səviyyəsini tarazlıqda tutmaq üçün ecazkar bir üsuldur. Tərkibindəki antioksidantlar, arterial qanunda olan bu lipidlerin yox edilməsinə töhfə verir və beləliklə, damar sərtləşməsi kimi xəstəliklərdən qorunmağa yardımçı olur.
Qara ciyərin sağlamlığını qoruyur
Yuxarıdakı faydalarının yanında sarıkök bilirubin və öd ifrazatı arasındakı tarazlığı təmin edir. Bu iki maddə isə qaraciyər sağlamlığının qorunması üçün çox əhəmiyyətlidir. Sarıkökdəki əsas qida maddələri, həmçinin qaraciyərdə enflamasyon reallaşmasına mane olur, toksin və yağ yığınını azaldır.
Erkən qocalmağın qarşısını alır
Bu təbii içəcək yalnız orqanizm hüceyrələrinin qocalmasına qarşı vuruşmaqla kifayətlənmir, dəriniz və saçınızda yaşlanma əlamətlərinin əmələ gəlməsinin qarşısını almağa də yardımçı olur.
Qan şəkərini tənzimləyir
Son olaraq sarıkök suyu, qan şəkəri mübadiləsini də hərəkətə gətirməsi sayəsində Tip 2 diabet xəstələrinə fayda verə bilər. Hər gün bir stəkan sarıkök suyu içmək, yüksək qan şəkərinin miqdarını fərq ediləcək dərəcədə aşağı salır.
Alzheimeri önləməyə kömək edir
Sarıkök aktiv komponenti kürkümün, beyindəki enflamasyonu azaldar və hüceyrələrin sərbəst radikallardan zərər görməsinə mane olar. Beləliklə də yaşlılıqdan irəli gələn zehni geriləmənin və Alzheimerin qarşısını alır.