Kartof suyunun insan sağlamlığı üçün bir çox faydası var.
Medpress.az metbuat.az –a istinadla bildirir ki, çiy kartof suyunun faydalarından yararlanmaq üçün onu ac qarnına içmək daha faydalıdır. Tərkibində güclü komponentlər olan kartof suyu xüsusilə kürək və əzələ ağrılarının aradan qaldırılmasına kömək edir. İltihab və şişkinliklə mübarizə aparan kartof suyu ağrıları qısa müddətdə kəsir.
Qastrit, mədə qazı və mədə xorasına qarşı təbii bir dərman kimi istifadə olunan kartof suyu eyni zamanda xroniki qəbizlik və ishal kimi bağırsaq problemlərini aradan qaldırır. Çiy kartof suyunun tərkibindəki antioksidanlar qara ciyərin və öd kisəsinin təmizlənməsinə, qara ciyər, qalın bağırsaq və böyrəklərdəki tullantılardan xilas olmağa kömək edir. bundan başqa sidik kisəsində və böyrəklərdə daş yaranmasının qarşısını alır.
Kartof suyunun tərkibindəki nişasta və minerallar dəri sağlamlığı üçün də çox faydalıdır. belə ki, kartof suyu ilə hazırlanan bir çox maska göz ətrafındakı tünd halqalardan, üz ləkələrindən və sızanaqlardan xilas olmağa kömək edir. Dəriyə parlaqlıq verərək yaşlanma təsirləri ilə mübarizə aparır.
Tərkibində bol miqdarda potasium olan kartof suyu yüksək təzyiqin düşməsinə kömək edir və ürəyin sağlam işləməsinə kömək edərək ürək xəstəlikləri riskini azaldır. Bundan başqa çiy kartof suyunun tərkibində bol miqdarda dəmir və folik asit var. Bu da qan hüceyrələrinin yaranmasına kömək edərək qansızlıq ilə mübarizə aparır.