Böyük şəhərlərdə gərginlikdən xilas olmağın üsulları

Alimlər bildiriblər ki, meqapolisdə həyat  şəhər əhalisinin psixi sağlamlığına mənfi təsir göstərir.

 

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, şəhər əhalisini daha çox trafik, ictimai nəqliyyatda olan insanların çoxluğu və pis ekologiya “dəli edir”. Ekspertlər müasir meqapolislərdə “yaşamağa” yardım edəcək məsləhətlərin siyahısını hazırlayıblar.

 

Alimlərin fikrincə, ruhi rahatlığı qoruyub saxlamaq üçün böyük şəhərlərin sakinlərinə tez-tez təbiətə çıxmaq, vaxtaşırı təklikdə qalmaq, tez-tez idmanla məşğul olmaq və iş yerindəki istirahətdən səmərəli istifadə etmək lazımdır.

 

Qeyd edilir ki, bu qaydaları yerinə yetirməklə meqapolis şəraitində özünü rahat hiss etmək, eləcə də neqativ enerjidən ətrafdakılara zərər vermədən xilas olmaq mümkündür.

 

 

(Visited 58 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir