Koronavirus daha 24 can aldı: 532 yoluxma, 1879 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1879 nəfər müalicə olunaraq sağalıb, 532 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpres.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 223 min 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 205 min 406 nəfər müalicə olunaraq sağalıb, 2869 nəfər vəfat edib. Aktiv xəstə sayı 15142 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 250 min 291 test aparılıb. Bugünkü test sayı isə 8383-dür.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir