Keçi südünün faydası nədir desəniz, ilk olaraq-keçi südü immuniteti gücləndirir və qocalmanın qarşısını alır cavabını eşidəcəksiniz.
Bu süd növü qan azlığı olan insanlar üçün çox yaxşıdır. Çünki, tərkibində çox sayda dəmir var. Həmçinin keçi südü kalsium və dəmirin səviyyəsini qaldırır, xolosterini aşağı salır, qan təzyiqinə yaxşı təsir edir. Keçi südünün faydası həm də, dəri xəstəliklərinin müalicəsində xüsusi rola malikdir. Keçi südündən hazırlanan sabunlar isə dəridəki qara nöqtələri, çivzələri təmizləyir.
Keçi südü ürək xəstəliklərinin qarşısını ala bilən bir qidadır.
Keçi südünün tərkibində çox miqdarda sink və silenium var. Bu maddələr beynə zərər verən mikrobların qarşısını alır. Keçi südü keyfiyyətli proteinlə zəngindir.
Hər bir stəkan keçi südündə 8,7 qr. protein, bir stəkan inək südündə isə 8, 1 qr. protein vardır.
Keçi südü inək südündən qat-qat üstündür. 1 yaşından yuxarı uşaqların, böyüklərin və zülal allergiyası olan, inək südü içə bilməyənlərin rahatlıqla içə biləcəyi, faydalı, müalicəvi süddür. İnək südü ilə keçi südünün mineral tərkibi oxşar olsa da, keçi südü mineral və vitaminlərlə daha zəngindir.
Keçi südünü inək südündən daha faydaları edən üstünlüklər aşağıdakılardır:
- Çiy keçi südü ən təmiz, faydalı ərzaqlardan biridir. İnək südü haqqında bunu demək olmaz. Keçi südü insanın mədəsində selik əmələ gətirmir. Bu səbəbdən allergiya, astmadan əziyyət çəkən xəstələr üçün çox xeyirlidir.
- Fərqli zülal tərkibinə görə həzm prosesi daha tez və rahat gedir; İnək südündən daha yüngüldür.
- Keçilərdə vərəmə qarşı təbii immunitet olduğundan keçi südünün tərkibindəki anticisimlər onun müalicəsində istifadə edilir.
- Keçi südünün tərkibindəki piy cisimciklərinin sayı inək südündəkindən 5-7 dəfə azdır. Tərkibində təbii piylər az olduğundan keçi südü qaraciyər üçün əlavə ağırlıq yaratmır.
- Gec həzm olunan inək südü insanın mədəsində çürüntü maddələr əmələ gətirir. Bu prosesə keçi südündə rast gəlinmir. İnək südü 10%, keçi südü isə 2% çürüntüdən ibarətdir.
- Keçi südündə mədə şirəsinin turşuluğunu azaldan zülallar var. Buna görə də o mədə yarasının müalicəsi üçün mükəmməl seçimdir.
- Keçi südündə digər südlərdən fərqli olaraq daha çox xlor və silisium var.
- Xərçəngə qarşı qorunmada təsirli olan selenyumla zəngindir.
- Keçi südünün tərkibində daha çox A vitamini var. Buna görə də, mütəxəssislər hesab edirlər ki, o onkoloji xəstəliklərin qarşısının alınmasında çox vacib məhsuldur.
- Həzmə yaxşı təsir etdiyindən qəbizliyin də aradan qalxmasına köməklik edir.
- Keçi südü kalsium, fosfor, maqneziumla boldur (Agro-expert)