Bir çox şəhərlər adi həyatına qayıdır – kafelər, kinoteatrlar, ofislər açıqdır. Ancaq tibb elmləri mütəxəssisləri maska taxmağa davam etməyi, məsafəni saxlamağı və mümkünsə izdihamdan qaçmağı məsləhət görürlər.
Qorxmadan hara gedə bilərsiniz və hələ hansı yerləri ziyarət etməməlisiniz? Medpress.az xarici tibb saytlarına istinadən təhlükəli və təhlükəsiz yerlər barədə məlumat verir.
COVID-19-a yoluxma riski ən aşağıdır:
• Bir bağlama/zərf açarkən
• Evə ərzaq sifariş edərkən
• Yanacaqdoldurma məntəqəsində
• Təbiətdə gəzinti
Təhlükə orta səviyyədən aşağı, lakin hələ də mövcuddur:
• Dükanlarda
• Açıq havada idmanla məşğul olarkən
• Muzeydə / kitabxanada
• Pik vaxtı oyun meydançasında və ya şəhərdə gəzərkən
İnfeksiya riski orta dərəcədədir:
• Ziyafətdə nahar edərkən
• Şəhər çimərliyini ziyarət edərkən
• Ticarət Mərkəzində alış-veriş edərkən
• İctimai hovuzda üzgüçülüklə məşğul olarkən
Biraz daha təhlükəlidir:
• İctimai nəqliyyat vasitəsi ilə səyahət etmək
• Bərbərə getmək
• Restoranda nahar
• Təyyarədə uçuş
• Əl sıxmaq/qucaqlamaq
Diqqətli olun, maska və əlcəklə belə koronavirusa yoluxma riskinin yüksək olduğunu bilin:
• İdman salonunda
• Kino/teatrda
• Böyük bir konsertdə və ya izdihamlı stadionda
• Barda və gecə klubunda