Koronavirus daha 39 can aldı: 4451 yoluxma, 4283 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4451 yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb.

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargahın  məlumatına istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Hazırki dövrədək ölkəmizdə 175 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 111 min 918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib. Aktiv xəstə sayı 62 min 34 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 953 min 303 test aparılıb. Bugünkü test sayı isə 15 min 59-dur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir