Kim çox xoruldayır: Qadın, yoxsa kişi?

Mütəxəssislərin apardığı tədqiqat zamanı məlum olub ki, qadınlar da kişilər qədər xoruldayırlar. İnsanların əksəriyyəti özünün və yaxın adamının xoruldaması məsələsinə lazımi diqqət yetirmirlər. Ancaq xorultu zamanı orqanizmdə baş verən gözlənilməz proseslərin ardınca təhlükə yaranır.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, əvəllər xorultu ilə bağlı stereotip yalnız kişiləri əhatə edirdi, ancaq təcrübə göstərir ki, qadınlar da heç nə ilə fərqlənmirlər və yuxuda “züy tuta” bilərlər.

 

Mütəxəssislər müəyyən edə biliblər ki, qadın xorultusu kişininkindən daha güclü olmağa qadirdir. Bu halda səs-küy səksən desibelə çatır. Ancaq qadınlar iddia edirlər ki, onların “serenadları” az eşidilir. Tədqiqat işləri onların bu fikirlərini də boşa çıxarıb.

 

Eksperiment çərçivəsində iştirakçıları elə seçiblər ki, onların arasında xoruldamadıqları ilə bağlı öz fikirlərini müdafiə edənlər də olub. Nəticədə dəvət edilənlərin 40 faizə qədəri kişilər kimi xoruldayıb.

 

Bundan əlavə, mütəxəssislər xoruldamağın müalicəsinə ciddi cəhd göstərməyi tövsiyə edirlər. Ona görə ki, prosesdə tez-tez nəfəs alma yuxuya müdaxilə edə və qanda oksigen səviyyəsini azalda bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir