Badımcanın özündən çox saplaqlarının da sağlamlığımız üçün olduqca faydalı olduğunu bilirdinizmi? Bir azdan verəcəyimiz məlumatları öyrəndikdən sonra badımcanın saplaqlarını bir daha atmayacaqsınız.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, demək olar ki, bir çoxumuz badımcanın saplaqlarını təmizləyib zibil kimi atırıq. Ancaq badımcan saplağının faydalarını öyrənəndə peşman olacaqsınız.
Babasil getdikcə genişlənən və gününüzün qorxulu xəstəliyi halına gəlib. Dərman, əməliyyat, lazer kimi fərqli müalicə üsulları var. Ancaq bu yollara əl atmadan evinizdə təbii üsul ilə babasildən xilas olmaq mümkündür. Mütləq badımcan kürüsünü tətbiq etməlisiniz. İstifadə edən adamlar bu kürü sayəsində vəziyyətlərinin müsbət istiqamətdə irəlilədiyini bildirir.
Materiallar:
5 ədəd badımcan saplağı
5 stəkan içməli su
İlk olaraq badımcanların yaşıl saplaq hissələrini kəsin. Daha sonra yaxşıca yuyun və qazana suyun içərisinə atın. Son olaraq suyun içərisində qaynadın.
Qaynayan qazanının qapağını bağlayın. Və zəif odda yarım saat qaynadın. Bu müddətdə heç vaxt qazanın qapağını çıxarmayın. Soyudun və sonra qapağını açın, içindəki badımcan saplaqlarını götürün. Əldə edilən bu suyu soyuducuya qoya bilərsiniz.
Səhər və axşam olmaq üzrə gündə 2 dəfə ac qarnına bir stəkan için. 5 gün ərzində bunu işlədə bilərsiniz.
Hər hansı bir əks təsirinin olmaması üçün bir qidalanma mütəxəssisi ilə də məsləhətləşin.