Yanmış kabab xərçəng xəstəliyi riskini artırır – DİYETOLOQLAR

Mütəxəssislər yanmış kababın onkoloji xəstəlik riskini inkişaf etdirə biləcəyini açıqlayıblar. Xərçəngdən qorunmaq üçün kababı rasiondan çıxarmaq vacib deyil, sadəcə onu düzgün hazırlamaq lazımdır. Ən başlıcası, ən dadlı yeməklərdən biri bişirlən zaman yandırılmamalı, tikələrin üzəri kömürlə örtülməməlidir.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, bu vəziyyətdə hazırlanan kababda kanserojenlərlə doludur, bu da həzm sistemində onkologiyanın inkişafına “provokator” kimi çıxış edir. Bu təhlükədən yayınmaq üçün hazır kababın üzərindəki həmin hissələri kəsib atmaq lazımdır.

 

Həkimlər kabanın yanmaması üçün kiçik dəlikli aliminium folqalardan istifadə etməyi təklif edirlər. Ətə gəldikdə, yağlı olmaması məsləhət görülür. Çünki belə ətlər yağ turşuları ilə zəngindir və bu da xərçəng riskini artıra bilər.

 

Kabab hazır olandan sonra şişləri yaxşıca təmizləmək lazımdır. Bunu ona görə etmək vacibdir ki, kanserojenlərdən növbəti ətdən kabab hazırlananda qorunmaq mümkün olsun.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir