Öpüşmək məhəbbətin əlaməti sayılır. Hər bir insan həyatı boyu çox, bəziləri lap çox öpüşür. Hətta heç kim bəlkə də bir dəfə belə düşünmür ki, bu öpüşlər vasitəsilə nə qədər müxtəlif xəstəliyə yoluxa bilər. Uşaqların adi öpücükləri zərərsizdir. Ən təhlükəlisi sevgililərin uzun çəkən öpüşmələridir.
Medpress.az xarici mətbuata istinadla bu öpüşlərin hansı xəstəliklərə səbəb ola biləcəyini təqdim edir.
1. Herpes. Herpes çox yoluxucu virus olub, xəstə insandan sağlam insana keçir. Bu xəstəliyə yoluxanların dodaqlarında və burnunda kiçik qabarcıqlar əmələ gəlir. Virus orqanizmə daxil olduqdan sonra sinir ucluqları vasitəsilə sinir hüceyrələrinə (neyronlara) daxil olur. İmmun müdafiə zəifləyən kimi virus çoxalmağa və herpesə xas olan simptomlarla özünü büruzə verməyə başlayır. Dodaqlar və üzdə yaranan herpesi, əsasən, virirusun birinci tipi yaradır. Bəzən yaxın kontakt zamanı ağız suyu damcıları vasitəsilə yayılan ikinci tip virus da buna səbəb ola bilər. Herpes, adətən, özünü içərisi bulanıq maye ilə dolu olan səpgilər şəklində büruzə verir. Onlar möhkəm qaşınma yaradır və ağrıyır.
2. Koksaki virusu. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Ağızda yanaqlarda səpkilər peyda olur, xorası əmələ gəlir. Səpgi bütün bədənə keçir. Baş ağrısı, temperatur da olur.
3. Mononükleoz. Burun tutulması, burun-udlaq şişi, temperatur müşahidə edilir. Qaraciyər və dalağın ölçüləri atır. Limfa düyünləri böyüyür. Yorğunluq baş verir, hemoqlobinin aşağı düşür.
4. Sitomeqalovirus. Sitomeqalovirus infeksiyası adı az eşidilmiş olan, ancaq olduqca sıx müşahidə edilən virus infeksiyasıdır. Yorğunluq, boğazda ağrı müşahidə edilir, temperatur yüksılir. Virus hamiləlik dövründə çox təhlükəlidir. Körpə ana bətnində, yaxud doğulandan dərhal sonraölə bilər. Sağlam qalan uşaqda bir çox qüsurlar olacaq.
5. Hepatit B. Ağız suyu vasitəsilə, əgər ağızda yaralar varsa, hərdənbir ötürülür.
Virus onların vasitəsilə orqanizmə daxil olur.
6. Streptokok virusu. Bu infeksiya ağız boşluğunda (yanaqlarda, dildə, ağızda) yaşayır.
7. Qrip.
8. Tənəffüs yollarının infeksiyaları.
9. Soyuqdəymə xəstəlikləri. SARS.ORZ.
10. Meningokok. Bakterial meningitin bəzi törədiciləri yalnız tüpürcəkdə yaranır.
11. İnsan papillomavirusu. Bu virus uşaqlıq boynu xərçəngi yaradır. İnsan papilloma virusu (İPV), geniş yayılmış və yoluxucudur və bir çox hallarda heç bir simptom büruzə vermir. İnfeksiyaya tutulan insanlar nə buna yoluxduqları, nə də partnyorlarına keçirə biləcəklərindən xəbərdar olurlar. Bu, cinsiyyət orqanları və anus hissədəki dəri təması ilə yayılır və yoluxması üçün tam olaraq sekslə məşğul olmağa gərək yoxdur. Buna görə də qoruyucudan istifadə də işə yaramır.
12. Yara xəstəliyi. Xelikobakter Pilori bakteriyası müəyyən şəraitdə mədənin selikli qişasını və onikibarmaq bağırsağı dağıdır. Mədədə fəal çoxalır və çox zəhər ayırır. Bu bakteriya pankreatit və onkologiya doğurur.
13. Sifilis. Ağızda yaralar yaranır. Sonra limfa düyünləri çənə altında genişlənir. Bu bakteriya sinir sistemi, daxili orqanlar və sümüklərə güclü şəkildə təsir edir.
14. Hepatit A. Qaraciyərin ağır zədələnməsinə səbəb olur. Xəstə, əgər bu virus ondan yalnız inkişaf etməyə başlayırsa, sağlam adamı yoluxdurur.
15. Kariyes. Xəstə valideynlərdən uşaqlara cariesogen bakteriyalar keçə bilər.
Müxtəlif virusların ötürülməsinə yol verməmək üçün uşaqlarınızı dodaq-dodağa öpüşməməyi başa salın. Özünüz də də onların boynundan öpün.
Uşaqlarınızı ayrıca yemək qabları, süfrə cihazları ilə təmin edin. Öz hisslərinizə nəzarət edin. İstənilən xəstəliyin ilk əlaməti görünən kimi lazım olan həkimin yanına gedin. Müalicə olunun. Sonra sevgi və hörmət əlaməti olaraq doğmalarınızn boynundan, sevgilinizin dodağından öpün.
Təsadüfi əlaqələrdən qaçın. Özünüzün, uşaqlarınızın və yaxınlarınızın sağlamlığı haqda düşünün. Təhlükə ilə üzləşməyin.