Bu qidaları çox qəbul etmək sizi öldürə bilər – XƏBƏRDARLIQ

Qidaları bədənimizə müəyyən miqdarda qəbul etsək, sağlamlığımızı qorumaqda təsirli olur. Gündəlik həyatda istifadə etdiyimiz qidaların bir hissəsi orqanizmə artıq miqdarda alınarsa, əməlli-başlı bir zəhərə çevrilir. Su, şokolad, şəkər miqdarını da çox miqdarda qəbul etsək, sağlamlığımız pozularaq bu vəziyyət bizi ölümə qədər aparar. Bəs gündəlik su içmə və ya şokolad yemə miqdarı nə  qədər olmalıdır?

 

Medpress.az xarici mətbuata istinadən miqdarı şişirdiləndə ölümə aparan qidaları təqdim edir.

 

Su

 

“Gündə 2 litr su içməlisiniz” fikrini artıq hamımız əzbər bilirik. Ancaq bu miqdarın 3 qatını bir anda içsəniz böyrəkləriniz təmizlənməyəcək, daxili orqan və beyin şişinə səbəb olacaq.

 

Qəhvə

 

113 ədəd 250 ml stəkanla qəhvə içsəniz həyatınızı itirə bilərsiniz. Ancaq bu ölümün səbəbinin qəhvə olmadığını deyirlər.

 

Şəkər

 

25 kiloqram şəkər yemək həyata gözlərimizi yummağa səbəb olur.

 

Şokolad

 

Şokoladda olan teobromin maddəsi, mərkəzi sinir sistemi üçün güclü bir xəbərdaredici mənbədir. Əgər 10 kiloqram şokolad yesəniz səhhətinizi ciddi təhlükəyə atmış olarsınız.

 

Duz

 

48 çay qaşığı duz işlətmək ölümə aparır və bu ölüm həqiqətən də acı verici olur.

 

Acı istiot

 

130 çay qaşığı istiot yemək ölümə səbəb olur.

 

Banan

 

Bir oturuşa 400 ədəd banan yemək ölümə sürükləyir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir