108 yaşlı nənənin uzunömürlüyünün sirri – Əldə bir qədəh şərab

Şimali Karolinadan olan 108 yaşlı Enni Uilson hər həftənin beşinci günü bir qədəh yaxşı şərab içir. Bu ənənə uzun illərdir davam edir və uzunömürlü qadın özünü bu ləzzətdən məhrum etmir.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Enni etiraf edir ki, sağlam qalmaq üçün sağlam həyat tərzi qaydalarına riayət etmək fikri onu həmişə düşündürür. Qadın bütün ömrünü Şimali Karolinada yaşayıb. Onun sözlərinə görə, uzunömürlüyünün xüsusi sirri yoxdur.

 

“Məndən tez-tez bu haqda soruşurlar, cavab verəsi nəsə yoxdur. Mən xüsusi nəsə etmirəm. Mən, sadəcə yaşayıram”, – o, söyləyib.

 

Enninin bu il 109 yaşı tamam olacaq. Ad günü şərəfinə gecə təşkil edib gənc dostlarını dəvət etməyi planlaşdırır. Enninin əri 1993-cü ildə ölüb, qardaşları və bacıları isə çoxdan həyatdan köçüblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir