Bakıda it azyaşlının üzünü parçaladı

Bakıda azyaşlı quduz itin hücumuna  məruz qalıb.

 

Medpress.az ona-ya istinadən bildirir ki, hadisə aprelin 18-də  Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.

 

İt küçədə 4 yaşlı Hüseyn Məmişova hücum  edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb. Ağır yaralanan uşaq 1  saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.

 

Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanan hissəsi tikilərək bərpa edilib.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *