Avstraliyanın Kvinslend şəhərindən olan Ceni Boll ailəsində 16 uşaq böyüyür: 9 oğlan və 7 qız. Onlar Cessi, Bruk, Kler, Natali, Karl, Samuel, Kemeron, Sabrina, Tum, Brendon, Eva, Neyt, Reyçel, Erik, Damian və Keytlindir. Ən böyüyünün 28, ən kiçiyinin 4 yaşı var.
Medpress.az xarici mediaya istinadən bildirir ki, ev işlərinin öhdəsindən gəlmək, uşaqlarını təsərrüfata cəlb etmək üçün Ceni bütöv bir sistem düşünüb. Bu qədər böyük ailədə qayda-qanunu saxlamaq üçün ailənin bütün üzvləri ilə müzakirə edən çoxuşaqlı ana vəzifələri öncədən bölüşdürməyi məsləhət görür. Ceni həftəlik iş cədvəlini yeddinci uşağı doğulandan sonra tətbiq edib.
Onun sözlərinə görə, yaşı 8-dən yuxarı olan bütün uşaqlarını ev qayğılarına cəlb edir. Maraqlıdır ki, bu sistem azyaşlıların kefini pozur, çünki onlar da ailə məişətinin təşkilində iştirak etmək istəyirlər.
İş siyahısı hazırlananda bütün ailə bir yerə toplaşır. Evdə möhkəm qaydalar da var: səhər yeməyindən əvvəl yatağı yığışdırmaq, zibilləməməli, həftədə iki dəfə yaşadıqları ərazini tozsoranla təmizləməlidirlər.
Ceni qeyd edir ki, bu ona uşaqlarını tərbiyə etməsinə çox vaxt ayırmasına kömək edir.