Azərbaycanda həm qız, həm də oğlan olan yeniyetmə əməliyyat edildi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssisləri maraqlı və mürəkkəb bir əməliyyat həyata keçiriblər.

 

Medpress.az-a universitetin mətbuat xidmətindən verilən məlumata görə, 14 yaşlı qız tam formalı “testikulyar feminizasiya” diaqnozu ilə klinikaya müraciət edib. Qeyd edək ki, xaricdən qadın olan bu xəstənin daxili orqanları kişi cinsinə aid olub.

 

Klinikanın baş həkimi Ramiz Poluxovun sözlərinə görə, yeniyetmənin 2 yaşı olanda ikitərəfli yırtıq əməliyyatı keçirib. Onun ilk narahatlığı 3 yaşında süd vəzilərinin böyüməsi ilə başlayıb: “Ultrasəs müayinəsi zamanı bəlli olub ki, körpənin bətnində yumurtalıq və uşaqlıq yoxdur. Müayinə nəticəsində ona “testikulyar feminizasiya” diaqnozu qoyulub. 2018-ci ildə isə xəstənin çanaq boşluğunun maqnit rezonans tomoqrafiyası zamanı intraabdominal (qarın boşluğunda) maliqn transformasiyalı xayaların olduğu müəyyən edilib”.

 

Xəstə müalicə üçün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına göndərilib. Cərrah Ramiz Poluxovun sözlərinə görə, müayinə zamanı xəstənin fenotip olduğu təsdiqlənib. Yəni xarici görünüşünə görə tam qız olan bu pasiyentdə inkişaf etmiş süd vəziləri və xarici cinsiyyət üzvləri olub. Lakin daxildə uşaqlıq və yumurtalığı yoxdur, yalnız 3-4 santimetrlik infantil uşaqlıq yolu olduğu müəyyənləşib. Lakin genotip olaraq xəstə 46XY geninə aid tam oğlandır.

 

Xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb. Onun qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb. Xaric olunan  xayalar histoloji müayinəyə göndərilib və in situ qonadoblastoma aşkar edilib.

 

Ramiz Roluxovun fikrincə, belə xəstələrə vaxtında və düzgün yanaşılmalıdır. Bəzən belə xəstələri “tüksüz qız” da adlandırırlar. Çünki onlarda ikili cinsi əlamətlər – yəni qasıq və qoltuqaltı tüklənmə ya olmur, ya da tüklər həddən artıq zərif olur. Əgər qız uşaqlarında ikitərəfli qasıq yırtığı qeyd olunursa, mütləq əməliyyatdan öncə abdominal ultrasəs müayinəsi aparılmalı və sadalanan patologiyaların olub-olmadığı müəyyən edilməlidir.

 

(Visited 336 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir