Qaynar çay içmək çox təhlükəlidir – XƏBƏRDARLIQ

Qaynar çay içmək qida borusunda xərçəng xəstəliyi riskini artıtrır. Bu, yeni araşdırmanəticəsində ortaya çıxıb.

 

Medpress.az-ın xarici mediaya istinadla xəbər verir ki, alimlər bu təhlükəni birinci dəfə aşkar etməyiblər. Ancaq indiyədək heç bir araşdırma dəqiq temperatur və bu içkinin miqdarı diqqət çəkməyib.

 

Yeni araşdırmada alimlər 10 il ərzində yaşları 45-dən 75-ə qədər olan 50045 xəstə üzərində müşahidə aparıblar. Müşahidə zamanı 317 yeni qida borusu xərçəngi faktı aşkar edilib. Gündə 60 dərəcə və daha yüksək temperaturda 700 ml-dən çox çay içən xəstələrdə qida borusu xərçəngi riskinin inkişafı 90 faizdən çox olub.

 

“İnsanların çoxu çay, qəhvə, yaxud başqa isti içki içmək istəyir. Ancaq bizim hesabata görə, çox isti çay içmək qida borusunda xərçəng riskini artırır, ona görə qaynar içkiləri içməzdən əvvəl soyumasını gözləmək məsləhətdir”, – araşdırmanın aparıcı müəllifi, Amerikanın onkologiya mərkəzindən olan həkim Fərhad İslami vurğulayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir