Bayram günləri yaz havası gözlənilir – PROQNOZ

Martın 21-dən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək.

 

Medpress.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

 

Onun sözlərinə görə,  martın 19-u axşam saatlarında Bakıda küləyin sürəti səngiyəcək.

 

Umayra Tağıyeva deyib ki, martın 20-də Azərbaycanın bəzi rayonlarında, habelə Bakı və Abşeron yarımadasında yağışlı hava şəraiti müşahidə ediləcək: “Martın 21-də isə respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə olunacaq, hava yağmursuz keçəcək”.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir