Xəstəxanaların keyfiyyət standartları üzrə akkreditasiyadan keçirilməlisini, eləcə də xəstəxanalarda tibb xidmətlərin göstərilməsi üzrə standartların hazırlanmasını təklif edirəm.
Medpress.az bildirir ki, bu təkliflə Milli Məclisin martın 15-də keçirilən iclasında həkim deputat Rəşad Mahmudov çıxış edib.
Onun fikrincə, ixtisaslaşmış tibbi yardım və müalicə standartlarının hazırlanması vacibdir: “Həkimlərin və orta tibb personalının akkreditasiya qaydalarının hazırlanması, “Ailə həkimi haqqında” qanunun funksionallığının təmin edilməsi, peşəkar tibb cəmiyyətlərinin səlahiyyətləri ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələrin edilməsi yaxşı olardı”.