Çində qadın imtahandan aşağı bal toplayan 12 yaşlı oğlundan imtina edib. Küçədən keçənlərin diqqətini yolun ortasında dayanan yeniyetmə cəlb edib: onun anası oğlunu tək qoyaraq öz avtomobili ilə gedib.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polislərə yaxınlaşan yeniyetmə deyib ki, imtahandan aldığı pis qiymətə görə onu atıb gediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun anası ilə əlaqə yaradıblar. Qadın oğlundan imtina etməyə hazır olduğunu təsdiqləyib.
Oğlanı polis məntəqəsindən dayısı götürüb. Ananın əsəbiləşməsinə səbəb oğlunun 100 baldan 81-ni yığa bilməsi olub. Qadın isə nəzərdə tutub ki, oğlu ən azı 98 bal toplayacaq.