İsraildən olan milyarder, almaz ticarətçisi, 65 yaşlı Ehud Are Laniado Fransada cinsi orqanının böyüdülməsi üçün keçirilən əməliyyat zamanı ölüb. Milyarderin cinsi orqanına maddə yeridiləndən sonra ürək tutmasından öldüyü bildirilir.
Medpress.az xarici mediaya istinadən bildirir ki, Laniadonun dostlarından birinin sözlərinə görə, milyarder hündürboy olmayıb və həmişə xarici görünüşünə görə narahatlıq keçirib.
Liniado emal edilməmiş almazların qiymətləndirilməsi sahəsində beynəlxalq səviyyəli ən böyük ekspertlərdən biri hesab edilirdi.