İstanbulda səhv rüşeym transfer edilən analığa namizəd, başqa cütlüyün uşağını doğub. Uşaq mərkəzinin sahibi Bahçeci isə vəziyyətin mətbuata sızmasını əngəlləmək istəyəndə yarım milyon dollarını qurban verdi. Bahçeci məhkəməyə müraciət edib.
Medpress.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İstanbulda yaşayan cütlük, normal yolla uşaq sahibi olmayınca, Bahçeci Uşaq Mərkəzinə müraciət edib. İlk sınaqda uğurlu nəticə alan cütlüyə 9 ay sonra uşaqları olacağı müjdəsi verilib. Gənc cütlük qız olacağını öyrəndikləri körpələri üçün evdə hazırlıqlara başlayıb. Amma doğum sonrası ailə böyük bir şok yaşayıb. Çünki doğulan körpənin aparılan təhlillərdə qan qrupu fərqli olub. Aparılan DNT testində uşağın ailəyə aid olmadığı ortaya çıxıb.
Məlumata görə, uşaq mərkəzinin rəsmiləri “rüşeymlər qarışmış, qüsura baxmayın” – deyərək qalmaqaldan canını qurtarmağa çalışıb. Qadın və həyat yoldaşı hadisə ilə bağlı məhkəmədə iddia qaldırıb.
Mərkəzin sahibi Mustafa Bahçelinin dostu Kazım Gökçe bu problemi həll edəcəyinə söz verib.
Gökçe “Ailəmdə MİT mənsubu bir çox adam var. Bu işi həll edəcək qədər pul versəniz, mən bu işi həll edərəm” deyib.
Bahçeci yarım milyon dollar pul qarşılığında anlaşıb, amma qalmaqalın yayılmasının qarşısı alınmayıb. Bahçeci ondan 1,5 milyon dollar daha istəyən Gökçedən şikayət edib və onun barəsində dələduzluq maddəsi üzrə cinayət işi açılıb.