Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasına basqın edən şəxs binanın şüşələrini sındırıb, stansiyadakı növbətçi həkimə və sanitara, həmçinin çağırış yerinə gələn polis əməkdaşına hücum çəkib.
Medpress.az ona-az-a istinadən bildirir ki, stansiyanın böyük həkimi Tahir Alıyev faktı təsdiqləyib.
Onun dediyinə görə, stansiyaya hücum edən şəxs Valeh Hümbətov olub və o, psixi xəstəlikdən əziyyət çəkir: “Həmin şəxs özü üçün psixi-briqadaya müraciət edib. Lakin briqada gəlmədiyi üçün xəstə elə bilib ki, bizim stansiyada psixi-briqada var və stansiyaya gələrək etirazını bildirib. Lakin bizim stansiyada belə bir xidmət növü mövcud deyil. Psixi-briqadası Bakıda yalnız 9 saylı Təcili Tibbi Yardım Stansiyasında fəaliyyət göstərir”.