Dünyanın ən faydalı omega-3 yağ turşuları baxımından faydalı olan qida balıqdır. Bu, eyni zamanda Dünya Səhiyyə Təşkilatı tərəfindən gündəlik istifadə edilməsi lazım olan qidalar arasında yer alır.
Medpress.az xarici mediaya istinadla bildirir ki, beyinin inkişafında və qüvvətli yaddaşda təsirli olan omega-3 turşusu baxımından zəngin olan balığın mütəxəssislər gündəlik 2,2 qram istifadə edilməsini tövsiyə edir. İmmuniteti də qüvvətləndirərək sanki bədəni xəstəliklərə qarşı qoruyan balıq haqqında illərdir bildiyimiz yanlışlar var.
Mütəxəssislərin fikrincə, ürək xəstəliklərindən xərçəngə qədər bütün xəstəliklərdən qorunmanın həlli balıq yağından keçir. Omega-3 olaraq da bilinən qida mənbəyi təbii olaraq balıq yeyərək alındığı kimi, kapsul şəklində hazırlanan dərmanlardan və ya maye halında də alına bilər.
Mütəxəssislər onu da iddia edir ki, çörəyi bu qədər yeməyin əvəzinə balıq yağı istifadə etsək IQ meyarlarımız yüksələr. Ancaq balığın üstünə limon sıxılmaz. Limon, omega-3 ilə qarşılıqlı əlaqəyə girdikdə onu pozur, təsirini itirməsinə səbəb olur.