Aclıqdan paltaryuyan toz yeyən qız öldü

Kirovda 2 yaşlı qız aclıqdan paltaryuyan toz yeyərək ölüb. Azyaşlını ad günü üçün təbrik etməyə gələn nənəsi evdə aşkarlayıb. Fevralın 20-də qızın 3 yaşı tamam olacaqdı.  

 

Medpress.az Rusiya mediasına istinadən xəbər verir ki, qızın anası Mariya K.nin çəmi 21 yaşı var. O, uşağı tək böyüdüb. Qonşuların sözlərinə görə, qadın vaxtaşırı bir neçə gün yoxa çıxıb, azyaşlı qızı baxıcısız qalıb. Nəhayət, belə faciə baş verib – azyaşlı ölmüş vəziyyətdə tapılıb.

 

İlkin məlumata görə, tək qalan azyaşlı ac qaldığından paltaryuyan toz yediyi üçün ölüb. Anası dostları ilə şənlənəndə qız bacardığı şəkildə yardım istəyib: ağlayıb, diqqəti cəlb etmək üçün bir dəfə hətta oyuncaqlarını pəncərədən tullayıb. Ancaq heç kim ona köməyə gəlməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir