Alimlər hansı çarpayının körpələrin möhkəm və sağlam yuxusunu təmin etdiyini müəyyənləşdiriblər.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlərin fikrincə, uşaq 3 yaşına qədər hasarları olan çarpayıda yatarsa, bunun sayəsində çox yuxulayacaq və gecələr az oyanacaq.
Tədqiqatçılar Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-da 18 aydan 36 aylığa qədər olan təxminən 2 min nəfərin məlumatlarını analiz ediblər. Müəyyən olunub ki, uşaqların 63 faizi 18-24 aylıqlarında uşaq çarpayısında, 34 faizi 24-30 aylıqlarında və 13 faizi 30-36 aylıqlarında uşaq çarpayılarında yatıblar.
Uşağın fərdi çarpayısı olduğu şəraitdə onu yatırtmaq asandır. Körpə, eləcə də tezlikıə yuxuya gedir və gecə az ayılır. İş burasındadır ki, azyaşlı uşaqlar kiçik məkanı sevirlər, çünki onlar özlərini təhlükəsiz hiss edirlər. Körpələrin böyük qutu içərisində, yaxud stol altında oynamaq istəyinin səbəbinin də kiçik məkanla bağlı olduğu bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, uşağın yuxudan doymaması kifayət qədər təhlükəlidir. Bu isə qəzəbə və davranış nizamlanması ilə ilə bağlı problemlərin yaranmasına səbəb ola bilər.