Nə qədər qəribə olsa da, xiyar da boranı və qarpız kimi eyni ailəyə məxsusdur. Yəqin ki, məhz buna görə də bu tərəvəz öz təravəti, tərkibində çoxlu su olması, ən başlıcası artıq çəki ilə mübarizə üçün faydalı xüsusiyyətləri ilə bizim xoşumuza gəlir. Əslində xiyar bizim düşündüyümüzdən daha faydalıdır. Ona görə onu özümüzün gündəlik rasionumuza daxil etmək pis olmazdı. Digər tərəfdən, yaxşı olardı ki, ailəmizin yaşlı üzvlərinin və uşaqların da yadına salaq ki, bu gözəl tərəvəzdən mütəmadi yararlansınlar. Kimlər xiyarın yalnız sudan ibarət olduğunu və onu göz altındakı qara dairələrdən xilas olmaq üçün tətbiq etməyin lazımlılığını düşünürlərsə, yanılırlar. Təsəvvür edin ki, qarşınızda əsl faydalı maddələrin olduğu quyudur və orada nələr olduğunu öyrənək. Bəs, siz bilirdiniz ki, gündə bir xiyar yeməklə örqanizminizi lazım olan qida maddələri ilə təmin edə bilərsiniz?
Medpress.az xarici mətbuata istinadən bildirir ki, ən mühüm komponentlərindən biri B qrupu vitaminləridir və bunlar sinir impluslarının fəallaşmasına kömək edir və hüseyrələrin sağlamlığını dəstəkləyir. Bundan əlavə, xiyarın tərkibində bunlar var: fosfor, kalsium, dəmir, maqnezium, sink, kalium və fol turşusu, C vitamini . Əgər biz sevimli yeməklərimizin sırasına xiyarı da tez-tez əlavə etsək, onda elə mümkün üstünlüklər alacağıq ki, bunu ancaq nağıl kimi təsəvvür edə bilərdik.
1. Xiyar beyin üçün faydalıdır
Xiyarın qidalandırıcı tərkibinə iltihab əleyhinə antioksidanit daxildir – flavonol, məlum olduğu kimi, beyin sağlamlığını möhkəmləndirir. O, neyron əlaqələrini təmin edir, həmçinin sinir impluslarını yaxşılaşdırır. Elə siz də sinir hüceyrələrinizi və yaddaşınızı zamanın təsirindən qorumağa qayğı göstərə bilərsiniz.
2. Xiyar – iltihab əleyhinə təbii vasitədir
Xiyar bizim bədənimizin “təzə” qalmasını dəstəkləyir. Rütubətdən yaxşı qoruyucu olan xiyar sayəsində bir çox daxili proseslər yaxşılaşır, çünki orqanizmin hüceyrələri yaxşı “qidalanırlar”. Xiyar ekstratı, öz növbəsində, ağrını azaldır. Tərkibindəki maddələr sayəsində daxili iltihaba səbəb olan bütün fermentləri qadağan edir.
3. Stresdən azad edir
Qeyd etdiyimiz kimi, xiyarda vitamin B 1, vitamin B 5 və vitamin 7 (biotin) daxil olmaqla B vitamin qrupu çoxdur. Bu vitaminlər sinir sistemini rahatlatmaq və keçirilən stressin və həyəcanlı vəziyyətin nəticələrinin yüngülləşdirilməsi üçün çox effektlidir. Əgər özünüzə alma ilə xiyar kokteyli, yaxud xiyar suyu ilə limon şirəsi hazırlasanız, onda sizdə stresslə mübarizə üçün ən təbii əla vasitə alınacaq.
4. Həzm sistemi sağlamlığını yaxşılaşdırır
Xiyar sağlam həzm sistemi üçün vacib olan iki əsas elementlə zəngindir: su və qida lifləri (sellülozla). Əgər biz hər gün xiyar, küncüt toxumu və alma sirkəsi ilə salat hazırlamağı ğyrənsək, onu bizim həzm sistemimiz lazımınca qiymətləndirəcək. Əgər siz turşu reflüksündən əziyyət çəkirsinizsə, onda xiyar sizin üçün təbii dərman ola bilər: axı bu tərəvəz reflüks zamanı pik vəziyyəti azaldır və mədədəki turşu-qələvi balansını yaxşılaşdırır.
Bundan başqa, xiyar qabığı – bu, həll olunmayan qida lifləri üçün əla mənbədir, bağırsaq tranzitini yaxşılaşdırır və qəbizliyin öhdəsindən gəlməyə kömək edir.
5. Xiyar bədənin sağlam çəkisini saxlamağa kömək edir
Bu məlum faktdır. Xiyar çəkininn azaldılmasına yönəldilən pəhrizlərdə ən geniş yayılan “icazə verilən” məhsuldur. Yalnız yadınızda saxlayın, əgər siz arıqlamaq istəyirsinizsə, onda həddən artıq ciddi pəhriz saxlamaqla özünüzü acından öldürməyiniz lazım deyil. Xiyar bunun üçün əladır, amma sizin bədəninizə digər qidalı maddələr də – zülallar, karbohidratlar, mono doymamış yağlar və başqaları da lazım olacaq. Kreativ olun: öz resepetinizə xiyarı digər toxumlu tərəvəzlərlə , hətta meyvələrlə uzlaşdırmağı öyrənin.
6. Xiyar sizin ürəyinizin qayğısına qalacaq
Qeyd etdiyimiz kimi, xiyarın tərkibində qan təzyiqini tənzimləməyə imkan verən kalium, mineral var. Ancaq unutmaq olmaz ki, orqanizmdə kalium və natrium arasında düzgün balansa nail olmaq lazımdır. Bilmək daha maraqlıdır ki, kalium elektrolit kimi fəlaiyyət göstərir, yəni hüceyrə funksiyalarını tənzimləyən müsbət doldurulmuş iondur. Bu balans sayəsində sinir impluslarının düzgün verilməsi, əzələ azalması təmin edilir və özü ürək funksiyasını həyata keçirir.
7. Yorğunluğu aradan qaldırmağa kömək edir
Əgər siz özünüzü işdə yorulmuş və taqətdən düşmüş hiss edirsinizsə, sizdə baş ağrısı və digər əlamətlər yaranıbsa, özünüzə təzə xiyardan yemək hazırlayın. Bu, nimçədə hazırlanan təbii şirə ilə tərəvəz salatı ola bilər. Siz dərhal özünüzü daha yaxşı hiss edəcəksiniz.
Xiyarın tərkibində bir də pinoresional, larisiresional, eləcə də fitonutrientlər kimi polifonellər, K vitamini, həmçinin mis və manqan var. Xiyar öz yüksək qidalı dəyərləri (çoxlu sayda vitamin və minerallar) sayəsində orqanizmdə qida maddələrinin çatışmazlığını doldurmaq üçün çox səmərəli məhsul olacaq. Əgər siz özünüzü çox yorğun və üzgün hiss edirsinizsə, bu barədə danışmaq olar.
Sonda qeyd etmək istəyirik ki, əgər siz öz qidalanmanızın düzgün olub-olmadğının qayğısına qalmaq və gündən-günə özünüzü yaxşı hiss etmək istəyirsinizsə, onda çalışın ki, rasionunuz balanslaşdırılmış olsun və orada mütləq xiyar da iştirak etməlidir.