Alimlər depressiya ilə mübarizə üçün “dadlı” vasitə tapıblar. Los-Ancelesdəki Kaliforniya universiteti mütəxəssislərinin araşdırmasına əsasən qoz ləpəsi bu psixi pozğunluğun profilaktikasında ideal vasitədir.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, araşdırma çərçivəsində Milli sağlamlıq və qidalanma vəziyyətinin müayinəsinə cəlb olunan (National Health and Nutrition Examination Surveys — NHANES) 26 mindən çox insanın məlumatları təhlii olunub. Sınananlar müxtəlif növ qozdan nə qədər tez-tez istifadə etmələrindən asılı olaraq bir neçə qrupa bölünüblər. Alimlər öz işlərində siqaret çəkmək və spirtli içkidən istifadə kimi amilləri də nəzərə alıblar.
Müəyyən edilib ki, gündə heç olmasa 24 qram qoz ləpəsi yeyənlər digər ləpələrə üstünlük verənlər, yaxud, ümumiyyətlə öz rasionlarına ləpə daxil etməyənlərlə müqayisədə depressiya ilə 26 faiz az üzləşiblər.