Pəhrizlərin arasında ən sağlamı yumurta pəhrizidir. Həftədə 5 kilo vermək üçün ideal bir pəhriz olduğu qəbul edilən yumurta pəhrizi sağlamlıq baxımından da böyük xeyir verir.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, kilo vermək üçün möcüzəvi bir üsul yoxdur. Ancaq pəhrizlərlə kilo vermək üçün ilk addımı atardınız. Kilo vermək üçün əhəmiyyətli olan gündəlik aldığınız kalorinin, yandırdığınız kaloridən az olmasıdır. Bəziləri bu pəhriz sayəsində həftədə 5 kilo verdiklərini deyirlər. Qulağa inanılması çətin gəlir. Bu pəhrizdəki ən əhəmiyyətli şey yumurtadır.
Niyə yumurta?
Yumurta bəsləyicidir. Tərkibində C, B12, B2, A və B5 vitaminləri var. Həmçinin yumurta dəmir, sink, kalsium, kalium və E vitamini baxımından zəngindir. Yumurtanın yağ nisbəti də çox yaxşıdır. Bəziləri yumurtanın xolesterini artırdığını iddia etsə də, bunun doğru olmadığı daha əvvəl sübut edilib.
Soyutma yumurta pəhrizi
Bu pəhrizi edirsinizsə, həftədə ən azı bir dəfə idmana getməyiniz lazımdır. Pəhrizə başlayanlar özlərini daha fəal hiss etdiklərini də deyirlər.
Bazar ertəsi
Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta
Günorta yeməyi – Meyvə və 2 dilim çörək
Şam yeməyi – Salat və qızardılmış toyuq
Çərşənbə axşamı
Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta
Günorta yeməyi – Yaşıl salat və qızardılmış toyuq
Axşam yeməyi – 2 soyutma yumurta, salat və portağal
Çərşənbə
Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta
Günorta yeməyi – Pendir, bir dilim çörək və pomidor
Şam yeməyi – Salat və qızardılmış toyuq
Cümə axşamı
Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta
Günorta yeməyi – Meyvə
Şam yeməyi – Salat və qızardılmış toyuq
Cümə
Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta
Günorta yeməyi – Pörtülmüş tərəvəz və 2 soyutma yumurta
Şam yeməyi – Qızardılmış balıq və salat
Şənbə
Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta
Günorta yeməyi – Meyvə
Şam yeməyi – Salat və qızardılmış toyuq
Bazar
Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta
Günorta yeməyi – Pörtülmüş tərəvəz, soyutma toyuq və pomidor salatı
Şam yeməyi – Pörtülmüş tərəvəz