Kişi və qadınların əksəriyyəti intim yaxınlıqlarının çox davam etməsini arzulayır. Bunu münasibətlər üzrə mütəxəssis, psixoloq Castin Lemilerromun apardığı araşdırma da göstərir.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 152 emosional cütlüklə aparılan sorğuya əsasən, başlanğıc orta hesabla 12 dəqiqə, cinsi münasibət isə 8 dəqiqəyə yaxın çəkir. Bu arada sorğuda iştirak edənlərin əksəriyyəti etiraf edib ki, daha çox davam edən intim münasibət arzulayırlar. Məsələn, qadınların fikrincə, ideal seks 14 dəqiqə çəkməlidir, ilkin nəvazişlər isə 19 dəqiqə olmalıdır.
Zəif cinsin nümayəndələrinin belə böyük iştahlarına baxmayaraq, kişilər davamlı cinsi aktda az meyllidirlər: nəvazişi də nəzərə almaqla prosesə 18 dəqiqə ayırmağa hazırdırlar.
Lemillerom isə bu aspektlərə çox aludə olmamağa çağırır. “Siz həqiqətən daha davamlı seks istəyirsiniz, yaxud sizdə bu fikirləri kütləvi informasiya vasitələri və pornofilmlər aşılayıb? Başlıcası – seksin keyfiyyətidir, onun kəmiyyəti deyil”, – o, vurğulayır. Digər tərəfdən, əgər uzunmüddətli cinsi əlaqə hər iki tərəfin arzusudursa, onda tərəfdaşlar bir-birinə qulaq asmalıdır.