Britaniyalı yeniyetmə alimlər cinsi yolla ötürülən xəstəliklərin mövcudluğunu müəyyən edən prezervativlər – qoruyucu vasitələr yaradıblar.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, 3 britaniyalı yeniyetmə -Deniel Ali, Muaz Navaz və Çiraq Şah nadir müdafiə vasitələri hazırlayıblar. Gənc alimlər “TeenTech Awards” müsabiqəsinin qalibi olublar.
Müsabiqənin şərtlərinə görə, gələcək nəsillərə kömək edə biləcək texnologiya yaradılması lazım olub. Yeniyetmələr bunun öhdəsindən gələ biliblər.
Onların yaratdığı xüsusi antitellər infeksiyanın antigeni ilə təmasda olduqda öz rəngini dəyişir. Həmin antitellərə alimlər kontraseptivlər vurublar. İnfeksiyanı aşkar edən kimi prezervativ anındaca rəngini dəyişir. Məsələn, orqanizmdə cübbə olduqda, prezervativ yaşıl, sifilis olduqda isə qırmızı rəng alır.
Yeniyetmələrin ixtirası ilə prezervativ buraxan çox sayda şirlət maraqlanıb.