Fəhləni dişləyən dəvə onu təpikləyib öldürdü – XIZIDA

Fevarlın 6-da Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.

 

Medpress.az open-az-a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizlar təyin edilib və ilkin izahatlar alınıb.

 

İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən, 58 yaşlı Əlibala Əliyev fevralın 5-də saat 23 radələrində Xızı rayonu ərazisində qeydə alınan zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub. Cütləşmə dövrü, həmçinin baş verən zəlzələdən aqressivləşən dəvə Əlibala Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb, sonra ayaq zərbələri ilə öldürüb.

 

 

(Visited 235 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir