Amerikalı alimlər sübut ediblər ki, müntəzəm sekslə məşğul olmaq müxtəlif xəstəliklərin riskini, həmçinin artıq mövcud simptomları azaldır.
Medpress.az bildirir ki, Amerika kütləvi informasiya vasitələrinin yazdığına görə, müntəzəm seks 40-55 yaşlı kişilərin ürək-damar sistemi xəstəlikləri baş vermə riskini dəfələrlə aşağı salır.
Qeyd edilir ki, seks şəkərli diabetdən əziyyət çəkən insanların insulinini normada saxlamaq üçün köməkçi vasitədir.
Seksin sağlamlıq üçün daha bir xoş nəticəsi yaddaşın möhkəmlənməsi, eləcə də əhval-ruhiyyənin yüksəlməsi və əzələlərdə gərginliyin azalmasıdır.