Fevralın 4-ü xərçəng xəstəlikləri ilə ümumdünya mübarizə günüdür. Azərbaycanda da son illər geniş yayılan bu xəstəlikdən ölənlərin sayı da getdikcə artmaqdadır. Xəstəlikdən əziyyət çəkənlərin hamısına şəfa diləyirik. Ümid edirik ki, yaxın zamanda, sözün həqiqi mənasında bəşəriyyətin ümumi bəlasına çevrilən bu dəhşətli xəstəliyin dərmanı tapılacaq.
Medpress.az xarici mediaya istinadən bildirir ki, İngiltərədə bir yardım təşkilatı üçün aparılan sorğuya görə xərçəngli xəstələr özləri haqqında “döyüşçü, qəhrəman, qurban” kimi ifadələrin istifadə edilməsini istəmir.
Xərçəng xəstələrini təsvir etmək üçün “döyüşçü, qəhrəman, cəsur” kimi ifadələr tez-tez istifadə edilir.
Yeni bir araşdırmaya görə, bəzi xəstələr üçün bu, cəsarətverici deyil, hətta xoş gəlməyəndir.
İngiltərədəki yardım təşkilatı Macmillan Xərçəng Dəstək Mərkəzi üçün edilən bir sorğuya görə “xərçəngdən əziyyət çəkdi”, “xərçəngə məğlub oldu”, ya da “qurban” ifadələri də heç sevilmir.
YouGov sorğu şirkətinin apardığı sorğuda bir adamın xərçəng diaqnozunu “müharibəyə” bənzətmək də öləndə “müharibəni uduzdu, ya da məğlub oldu” kimi ifadələr istifadə etmək də xəstələri narahat edir.