Vaxtsız ölümdən xilas olmaq üçün bunu edin

D vitamininin sağlamlıq üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Ürək-damar xəstəliyi olan isanlar üçün bu vitamin vaxtsız ölümdən xilas olmağa özünəməxsus dərman ola bilər. Bundan əlavə, vitamin D qrip və soyuqlamanın profilaktikası üçün güclü vasitədir. Bu mühüm qidanıqışda haradan tapmaq olar? D vitamin orqanizmdə günəşin təsiri altında hasil olunur, bu zaman immun sisteminin işi və maddələr mübadiləsi yaxşılaşır.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, həkimlər qışda yoluxucu xəstəliklərin kəskinləşməsini həm də vitamin çatışmazlığı ilə əlaqələndirirlər, buna səbəb isə insanlar üçün günəş işığının kifayət qədər olmamasıdır. Statistika göstərir ki, qışda D vitamininin çatışmazlığına yaşlılarda 60 faiz, uşaqlarda 80 faiz rast gəlinir. Qanda vitaminin səviyyəsinin aşağı olması ürək xəstəliklərinin inkişafı ilə əlaqəli olur, depressiya riskini xeyli artırır. Sağlamlıq üçün ən təhlükəli variantlardan biri D vitamini çatışmazlığından yüksək təzyiqin vəhdət təşkil etməsidir.

 

Onu həmişə tutqun, yağmurlu qış havası şəraitində haradan tapmaq olar? Havada gəzişməklə. Həkim-terapevtin sözlərinə görə, açıq havada – Günəş buludların arasından görünürsə, mütləq gəzintiyə can atmağa mütləq cəhd etmək lazımdır.

 

“D vitamininin orqanizmdə istehsalını artırmağa həftədə 15 dəqiqə gəzinti kömək edir. Adama gümrahlıq ruhu qayıdır, immunitet yüksəlir”, – həkim qeyd edir.

 

Faydalı məhsullar. Əgən insan südü xoşlamırsa, az yumurta yeyirsə,  həzm problemləri və artıq çəki ilə tez-tez üzləşirsə, orqanizmdə D vitamininin tərkibinin qorunmasına xüsusilə ciddi nəzarət etməlidir. Üstəlik onun çatışmazlığı simptomları müəyyən bir vaxtda göstərilmir.

 

“D vitamini yağlı balıq növlərində, yumurtada, yağda və yağlı süd məhsularında, balıq kürüsü və yosunlarda olur”, – mütəxəssis vurğulayıb.

 

Dərmanlar. Dərman vasitələri sahəsində də dəyərli vitamin tapmaq olar. Xüsusilə xolekaltsferol məhlulu (D3 vitamini mənbəyidir) əldə etmək olar.

 

(Visited 213 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir