Bir çox üstünlüyünə görə, ip ən əlverişli idman alətidir. Birincisi, o, çox yer tutmur, ikincisi, iplə hər yerdə: həm evdə, həm idman zalında, həm də stadionda tullanmaq olar. Orta çəkili insan (70 kq) bir saat iplə məşq elədiyi zaman 720 kkal (1 dəqiqəyə 120-140 dəfə) itirmiş olur.
Medpress.az xarici mediaya istınadən bildirir ki, iplə tullanmaq bütün orqanizmə xeyir verən ən sadə məşqlərdən biri sayılır. Bu məşq dözümlüyü artırır, nəfəs və ürək-damar sistemini möhkəmləndirir, qaməti düzəldir, ayaq əzələlərini inkişaf etdirir. Bu hərəkət arıqlamaq istəyənlər üçün olduqca effektlidir. Belə ki, bu zaman bütün əzələlər işləyir.
Sizin ürək-damar sisteminizə göstərəcəyi təsirə görə iplə 10 dəqiqə məşq velosipedlə 6 dəqiqəyə 3 km qət etməyə, 12 dəqiqə üzməyə, 2 km qaçmağa bərabərdir. Yeri gəlmişkən, boksla məşğul olanlar daim iplə məşq edirlər.
Məşqçilər kompleks hərəkətlər yerinə yetirmək istəyənlərə də iplə tullanmağı tövsiyə edir. İplə məşqlər də öz növbəsində müxtəlif ola bilər. Ən sadəsi iki ayaqladır. Həmçinin, növbə ilə hər bir ayağa da düşmək olar. Bir ayaqla tullanmaq olar. İpi yalnız qabağa yox, arxaya da fırlatmaq olar.
İplə idman növünə aid fotokollaj təqdim edir. Bu fotodakı hər bir hərəkətə bir dəqiqə ayırmaqla əzələləri gücləndirə, o cümlədən, artıq çəkidən qısa müddətdə xilas ola bilərsiniz.