Avropanın ən əməksevər ölkələri – SİYAHI

Rusiya ən davamlı iş həftəsi və kifayət qədər böyük həcmli iş saatına görə Avropanın bir çox ölkələri ilə müqayisədə öndədir.

 

Medpress.az Rusiya mediasına istinadən bildirir ki, Əmək Nazirliyindən verilən məlumata görə, bu ölkədə bir işçinin iş vaxtı fondu ildə 1978 saat təşkil edir.

 

Müqayisə üçün Almaniyada ildə 1766, Böyük Britaniyada 1674, Fransada 1482, ABŞ-da 1790, İspaniyada 1691, Kanadada 1706 saat işləyirlər.

 

Bununla belə, Yunanıstan, Koreya, Kosta-Rika və Meksikada rusiyalılardan çox işləyirlər. Burada bir işçinin iş vaxtı fondu iki min saatı keçir.

 

Əmək məhsuldarlığına gəldikdə, Rusiya bu göstərici üzrə kifayət qədər geridədir. Bu göstərici Almaniya, Belçika, Hollandiya və Fransa ilə müqayisədə iki dəfədən çox aşağıdır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir